Nişan mərasimində DAVA
Nişan mərasimində mübahisə küçədə əlbəyaxa davaya çevirilib. Day.Az Xəzər TV-yə istinadən bildirir ki, hadisə gecə Bakıda Nizami rayonunda baş verib. Mikayıl Əliyev küçəsindəki restoranlardan birində keçirilən nişan mərasimində hələki bilinməyən səbəbdən iki nəfər arasında mübahisə yaranıb. Daha sonra mübahisə küçədə davaya səbəb olub.