“Limp Bizkit” qrupunun gitaristi Sem Rivers vəfat edib
Məşhur amerikalı rok qrupu "Limp Bizkit"-in bas gitaristi Sem Rivers 48 yaşında vəfat edib. Day.Az xəbər verir ki, bu barədə məlumatı qrup öz rəsmi Instagram səhifəsində paylaşıb. Paylaşımda qeyd olunub: "Bu gün biz qardaşımızı, qrup yoldaşımızı, ürəyimizi itirdik. Sem Rivers sadəcə bas gitarist deyildi - o, sehrin özü idi".